Polşa istifadədən çıxarılan MiQ-29 təyyarələrinin qalan hissəsini Ukraynaya təhvil verməyi planlaşdırır və bunun müqabilində PUA və raket istehsalı ilə bağlı texnologiyalar alacağını gözləyir.
Turkustan.az xəbər verir ki, bu barədə Polşa Baş Qərargahı X sosial şəbəkəsində məlumat yayıb .
"Bildirmək istərdik ki, Ukrayna ilə MİQ-29 təyyarələrinin təhvil verilməsi ilə bağlı danışıqlar aparılır. Təyyarənin təhvil verilməsi təyyarənin maksimum istismar müddətinə çatması və onların Polşa Silahlı Qüvvələrində sonrakı modernləşdirilməsi perspektivlərinin olmaması ilə əlaqədardır", - Polşa Ordusunun Baş Qərargahı bildirib.
Eyni zamanda, onlar bu məsələ ilə bağlı yekun qərarın “hələ qəbul olunmadığını” qeyd ediblər.
Polşa tərəfinin qeyd etdiyi kimi, təyyarənin təhvil verilməsi Alyansın Ukraynaya dəstək və NATO-nun şərq cinahının təhlükəsizliyini təmin etmək siyasətinin bir hissəsi olacaq. İstismardan çıxarılan MİQ-29 təyyarələrinin tapşırıqlarını F-16 və FA-50 təyyarələrinin yerinə yetirəcəyi vurğulanır.
Aytən Yaşar/ Turkustan.az