Şara ruslardan gələn mesajı açıqladı: Dayan yoxsa, gərginlik artacaq!


Suriya prezidenti Əhməd Şara 8 dekabr 2024-cü ildə Baas rejiminin devrilməsi ilə nəticələnən proseslə bağlı təfərrüatları paylaşıb.

Turkustan.az xəbər verir ki, ərəbcə Əl-Cəzirə telekanalına danışan Şəra, Hələbin qərbini ələ keçirdikdən sonra ruslardan mesaj aldıqlarını bildirib.

Mesajda "Bu sərhəddə dayan. Aldığını saxla, amma irəli getmə. Yoxsa gərginlik artacaq" ifadələrinin yer aldığını bildirən Şəra, "Bu mesajla rejimin çökdüyünü anladım. Mən cavab vermədim və əməliyyatı davam etdirdik" dedi.

Sonrakı uğurlarına işarə edən Şəra “Allaha şükür, yaxşı seçim oldu” deyib.

Şəra İsrailin rejimin bu sürətlə çökəcəyini gözləmədiyini, rejimin çökməsindən yararlanmağa çalışdıqlarını bildirib.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani o günlərdə baş verənləri izah edərək, bəzi ölkələrin Dəməşqə girməmişdən bir neçə gün əvvəl atəşkəs təklifi etdiklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ