Evlənənlərə 3 günlük ödənişli məzuniyyət verilsin - TƏKLİF


"Uşağın doğulması ilə əlaqədar kişilərə 14 günlük ödənişli məzuniyyət verilməsi ilə bağlı qanunvericiliyə təklif edilən dəyişiklik doğru addımdır.

Bu, ailə institutunun möhkəmlənməsi, valideyn məsuliyyətinin bölüşdürülməsi və ailədaxili harmoniyanın güclənməsi baxımından önəmlidir".

Turkustan.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

O,hesab edir ki, bununla paralel olaraq ailə quranlara 3 günlük ödənişli məzuniyyət hüququnun, valideynlərin məktəb tədbirlərində iştirakını təmin edən yarım günlük “sosial fasilə” imkanının verilməsi və bu qəbildən digər sosial dəstək mexanizmlərinin qanunvericilikdə əks olunması vacibdir:

"Çünki bu cür humanist və sosial həssas qərarlar dövlət büdcəsinə faktiki olaraq əlavə maliyyə yükü yaratmır. Lakin insanlar üçün böyük motivasiya yaradır, onların həyatına rahatlıq gətirir və dövlət–vətəndaş münasibətində müsbət psixoloji effekt formalaşdırı.

Əgər bəzi sahələrdə görülməsi planlaşdırılan işlər əlavə maliyyə tələb etdiyi üçün icrası çətinləşirsə, o zaman heç olmasa maliyyə yükü yaratmayan istiqamətlərdə bu tip motivasiyaedici və ruhlandırıcı mexanizmlərin verilməsi məqsədəuyğundur. Çünki bəzən kiçik bir güzəşt və ya rahatlıq, böyük sosial nəticələr yarada bilir". /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ