Türkiyə prezidenti Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, görüşdə Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, Ukrayna-Rusiya müharibəsi, regional və qlobal məsələlər müzakirə edilib.
Görüş zamanı Ərdoğan Türkiyə ilə Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacib olduğunu və bu məqsədə doğru addımlar atmağa davam edəcəklərini bildirib.
Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibəni ədalətli və qalıcı sülhlə bitirmək üçün maksimum səy göstərdiyini, İstanbul prosesini canlandırmaq üçün tərəflərlə təmasların davam etdiyini, Türkiyənin sülhün qapısını ən qısa zamanda açmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az