Almaniya İkinci Dünya Müharibəsində məğlubiyyətdən sonra məhdudiyyətlər altında olan silahlı qüvvələrini, müdafiə büdcəsini və əsgərlərinin sayını əhəmiyyətli dərəcədə artıraraq “Avropanın ən güclü şərti ordusuna” sahib olmağı hədəfləyir.
Turkustan.az xəbər verir ki, Almaniya Avropanın təhlükəsizliyinin NATO və ABŞ-ın öhdəsinə buraxılması səbəbindən illərdir diqqətdən kənarda qalan ordusunu yenidən gücləndirmək üçün müdafiə strategiyasında hərtərəfli transformasiyaya başlayıb.
Baş nazir Fridrix Merz “Avropanın ən güclü ordusunu quracağına” söz verib və bu, ölkənin əsgərlərinin sayını və döyüş hazırlığını artırmaqla yanaşı, yeni təhlükə qavrayışına uyğun olaraq müdafiə qabiliyyətini formalaşdırmaqdan ibarətdir.
Almaniyanın müdafiə siyasətindəki bu kəskin transformasiya təkcə hərbi potensialın artırılması ilə məhdudlaşmır; bu, həm də ölkənin Avropa təhlükəsizlik arxitekturasında üzərinə götürəcəyi yeni rolun əlamətlərini daşıyır.
Rusiya təhlükəsi, qlobal təhlükəsizlikdə ABŞ prioritetlərinin dəyişməsi və transatlantik münasibətlərdəki qeyri-müəyyənliklər Berlini daha müstəqil, daha hazırlıqlı və daha çəkindirici hərbi struktur axtarmağa vadar edir.
Bu kontekstdə müdafiə büdcəsini tarixi səviyyəyə çatdırmaq, müasir texnologiyalara sərmayə qoymaq və beynəlxalq əməliyyatlarda daha effektiv iştirak nümayiş etdirmək Almaniyanın yenidən formalaşmış təhlükəsizlik baxışının təməl daşları kimi önə çıxır.
Aytən Yaşar/ Turkustan.az