Putin Çin vətəndaşları üçün viza rejimini ləğv etdi


Rusiya prezidenti Putin Çin vətəndaşları üçün viza rejimini ləğv edən fərman imzalayıb.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Çin vətəndaşları üçün viza rejimini ləğv edən fərman imzalayıb.

Putinin təsdiq etdiyi fərman ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Müvafiq olaraq, Çin vətəndaşları Rusiyaya 30 günə qədər vizasız gedə biləcəklər və bu təcrübə 14 sentyabr 2026-cı ilə qədər qüvvədə olacaq.

Çin də bu il Rusiya vətəndaşları üçün viza rejimini ləğv edib.

Rus turizm şirkətləri, viza keçidindən sonra Çinə uçuş bileti tələblərində yüzdə 30-dan çox artım olduğunu bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ