Daşqınlar nəticəsində ölənlərin sayı 1000-i ötdü: Bölgə yas içində


Asiya ölkələrində leysan yağışların genişmiqyaslı daşqın və torpaq sürüşməsinə səbəb olması nəticəsində 1000-dən çox insan ölüb, yüzlərlə insan itkin düşüb.

Turkustan.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb .

Malakka boğazında tropik qasırğa yaranıb və İndoneziya, Tailand və Malayziyaya güclü yağış və güclü külək gətirib. Şri-Lankanı daha bir tufan vurub və indi güclü yağışlar Hindistanın cənub sahillərinə yaxınlaşır.

Rəsmilərin məlumatına görə, fırtına İndoneziyada ən azı 502, Şri-Lankada 355, Taylandda 176 və Malayziyada iki nəfərin həyatına son qoyub.

İndoneziyada 406 nəfər itkin düşüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ