Kiyevdə gərginlik: Yermak onun istefasını tələb edib


Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak vəzifəsindən azad edilməzdən bir həftə əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyukun istefasını tələb etmişdi.

Turkustan.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşri məlumat yayıb.

Məlumata görə, NABU müstəntiqləri və SAP prokurorları Yermakın yaşadığı məkanda axtarış aparan vaxt onun iş yerində - qərar qəbuletmə mərkəzində mürəkkəb siyasi qiymətləndirilmə aparılırdı:

“Saat 9:00-da (Bakı vaxtı ilə 11:00) baş nazirin müavini Mixail Fedorov, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk, Milli Antikorrupsiya Bürosunun direktoru Semyon Krivonos və Xüsusi Antikorrupsiya Prokurorluğunun rəhbəri Aleksandr Klimenko Prezident Ofisinə gəliblər. Malyukun iclasda iştirakı təsadüfi deyildi. Yermak işdən çıxarılmazdan əvvəlki bütün həftəni onun istefasına çalışıb, çünki guya o, “Midas” əməliyyatını (NABU və SAPO tərəfindən Ukraynanın energetika sektorunda 2024-cü ildə başlanan antikorrupsiya istintaqı) görməzdən gəlib və onu qoruya bilməyib”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ