ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün aparılan sülh danışıqlarının yaxşı getdiyini bəyan edib və onların razılığa gəlmək üçün yaxşı şanslarının olduğuna inandığını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp həftəsonunu keçirdiyi Floridadan qayıdarkən təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.
Dünən Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında sülh planı danışıqlarının yaxşı keçdiyini bildirən Tramp, "Ukraynanın bəzi kiçik çətin problemləri var. Bizim də çətin problemlərimiz var, amma məncə, Rusiya bunun (müharibənin) bitməsini istərdi" dedi.
Keçən ay Ukrayna müharibəsində 27 min insanın öldüyünü və bu ölümləri dayandırmağa çalışdıqlarını qeyd edən Tramp, sülh planı ilə bağlı “Məncə, razılığa gəlmək üçün yaxşı şansımız var” dedi.
Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoffun bu həftə Moskvaya gedəcəyini açıqlayan Tramp, Rusiyaya sülh razılaşması üçün vaxt verib-verməyəcəyi sualına “Müharibə bitənə qədər vaxtım var və ümid edirəm ki, müharibə bitər” deyib.
Aytən Yaşar/ Turkustan.az