Hazırda Rusiya tərəfinin sülh danışıqlarına hazırlığı yoxdur, ona görə də Ukraynanı və onun müdafiə qabiliyyətini gücləndirməkdə davam etmək vacibdir.
Turkustan.az xəbər verir ki, bunu Brüsseldə Aİ Şurasının iclası başlamazdan əvvəl Almaniya Federal Müdafiə Nazirliyinin parlament dövlət katibi Sebastyan Hartman jurnalistlərə deyib.
"Rusiyanın danışıqlara hazır olduğunu görmürük. Əvəzində mülki infrastruktura, enerji infrastrukturuna hücumlar güclənir, Ukraynaya qarşı amansız aqressiv müharibə davam edir. Bu o deməkdir ki, biz mümkün olan hər şeyi etməliyik ki, Ukrayna öz hava hücumundan müdafiə sistemini gücləndirməyə davam etsin, kifayət qədər silah-sursata malik olsun".
Hartmann vurğulayıb ki, “Ukrayna Almaniyaya arxalana bilər , Avropaya arxalana bilər”.
Onun sözlərinə görə, Ukraynanın mövqelərini gücləndirmək və Rusiyanı sülh yolu ilə nizamlanmaya məcbur etmək üzərində işi davam etdirmək lazımdır.
Aytən Yaşar/ Turkustan.az