Məlumata görə, ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduroya “dərhal istefa verməli və ölkəni tərk etməlidir” deyib.
Turkustan.az xəbər verir ki, “Miami Herald” qəzeti söhbətdən xəbərdar olan mənbələrə istinadən yazıb ki, Tramp və Maduro arasında keçən həftə baş tutan telefon danışığı sürətlə dayanıb.
Mənbələr iddia edib ki, Maduro azad seçkilərə icazə vermək müqabilində ondan Venesuela ordusuna nəzarəti saxlamağı tələb edib.
Mənbələr, Maduronun özü və yaxın ətrafı üçün “törətdikləri cinayətlərə” görə “qlobal amnistiya” tələb etdiyini bildirərək, Trampın bu tələbləri rədd etdiyini və Maduroya “onun, həyat yoldaşı Cilia Floresin və oğullarının (ölkədən) təhlükəsiz çıxışı təmin oluna bilər, lakin bu, dərhal baş verməlidir” mesajı verdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az