ABŞ–Ukrayna danışıqlarında müharibədən sonrakı Rusiya sərhədləri müzakirə edildi


ABŞ və Ukrayna arasındakı danışıqlarda rəsmilərin müharibədən sonra Rusiya ilə de-fakto sərhədin hara çəkiləcəyinə diqqət çəkdiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən “Axios” xəbər saytının adı açıqlanmayan iki ukraynalı rəsmiyə istinadən verdiyi məlumata görə, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında geniş tərkibli görüşdən sonra dünən keçirilən görüş hər tərəfdən üç rəsmin iştirakı ilə davam edib.

Daha sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla təkbətək görüş keçirib və Ukrayna prezidenti Zelenskiyə zəng edərək danışıqlar barədə məlumat verib.

İki Ukrayna rəsmisi 5 saatlıq danışıqları “intensiv”, lakin “məhsuldar” adlandırıb və əlavə edib ki, görüşdə demək olar ki, yeganə müzakirə mövzusu sərhəd nəzarəti olub, sülh sazişinə əsasən Rusiya ilə de-fakto sərhədin hara çəkiləcəyinə diqqət yetirilib.

"Bu, gərgin idi, lakin mənfi deyil. Biz ABŞ-ın ciddi səylərini həqiqətən yüksək qiymətləndiririk", - Ukrayna rəsmilərindən biri görüşdən sonra Axios-a bildirib.

ABŞ və Ukrayna nümayəndə heyətləri dünən Floridada ABŞ dövlət katibi Marko Rubio və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun sədrliyi ilə ABŞ-ın sülh planını müzakirə etmək üçün bir araya gəlib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ