Bakı Biznes Universitetində sığorta sahəsinə dair növbəti maarifləndirici görüş keçirilib


Bakı Biznes Universitetində sığorta sahəsi üzrə növbəti maarifləndirici görüş baş tutub. Universitetin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə universitetin prorektoru Cavidan Heydərov açıb.

Daha sonra Azərbaycan Sığortaçılar Assosiasiyasının ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev tələbələrə sığorta mövzusunda master-klass təqdim edib.

Görüşdə həmçinin universitetin Maliyyə kafedrasının müdiri İsmayıl Həsənov, sığorta fənninin müəllimi İlahə Ümidli və gömrük işi fənninin müəllimi Zəfər Nağıyev iştirak ediblər.

Tədbirin əsas məqsədi tələbələrdə sığorta sahəsinə marağı artırmaq, onları real iş mühiti ilə yaxından tanış etmək və bu istiqamətdə mövcud karyera imkanları barədə məlumatlandırmaq olub.

Görüşün sonunda fəallığı ilə seçilən tələbələrə ASA-nın promo məhsulları təqdim edilib.

Universitetdə bu kimi maarifləndirici görüşlərin davamlı keçirilməsi planlaşdırılır və bu fəaliyyət tələbələrin peşəkar inkişafına mühüm töhfə verməkdədir.


MANŞET XƏBƏRLƏRİ