İsrail ordusu Qəzzanı artilleriya və helikopterdən atəşə tutdu


Atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza zolağının cənubunu artilleriya və helikopter atəşi ilə hədəfə alıb.

Turkustan.az xəbər verir ki, İsrail ordusu Qəzzada oktyabrın 10-dan qüvvəyə minən atəşkəs rejimini pozmaqda davam edir.
Şahidlərin sözlərinə görə, İsrail artilleriya bölmələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərq rayonlarını intensiv şəkildə hədəfə alıb.

Hədəf olunan ərazilərdən tüstü qalxıb.

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində İsrail ordusuna məxsus helikopter şəhərin şərq hissələrini atəşə tutub.

Qəzzadakı Fələstin hökuməti dünən İsrail ordusunun oktyabrın 10-da qüvvəyə minən atəşkəsin ilk 50 günündə atəşkəs razılaşmasını 591 dəfə pozduğunu və bu hücumlarda 357 fələstinlinin şəhid olduğunu, 903 nəfərin isə yaralandığını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ