İsrailin baş naziri Benyamin Netanyahu əfv tələb etdikdən sonra ilk dəfə korrupsiya işlərində hakim qarşısına çıxıb.
Turkustan.az xəbər verir ki, İsrail mediası Netanyahunun dünən prezident İsaak Hersoqdan əfv istəyindən sonra bu gün Tel-Əviv Rayon Məhkəməsində keçirilən dinləmələrə qatıldığını bildirib.
Səhər saatlarında Təl-Əvivdə keçirilən dinləmələrə qatılan Netanyahu diplomatik və təhlükəsizlik danışıqları səbəbiylə sabahkı iclasın ləğv edilməsini istəyib.
Məhkəmə heyəti sorğuya qiymət verəcəyini bildirsə də, Netanyahunun əfv tələbi dinləmə zamanı qeyd olunmayıb.
İsrailin baş naziri Benyamin Netanyahu korrupsiya işlərinə görə onu əfv etmək fikrindən daşındığını bildirərək, altı ilə yaxındır ki, mühakimə olunduğu işin bağışlanması üçün İsrail prezidenti Herzoqa müraciət edib.
Aytən Yaşar/ Turkustan.az