Kremlin sözçüsü Peskov Rusiya prezidenti Putinin sabah ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Steve Vitkoff ilə görüşəcəyini bildirib və əlavə edib: “Biz prosesin uğurla başa çatması üçün meqafon diplomatiyasına üstünlük vermirik”.
Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Qara dənizdə beynəlxalq sularda üzən KAİROS və VİRAT gəmilərinə edilən hücumlara toxunan Peskov, "Türkiyə ərazi sularında ticarət gəmilərinə və tankerlərə edilən hücum ağır bir hadisədir. Bu, Türkiyə Respublikasının suverenliyinə, gəmi sahiblərinin təhlükəsizliyinə və onların mülki mülkiyyətinə xələl gətirmək cəhdidir" dedi.
Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) də hücuma məruz qaldığını qeyd edən Peskov, Ukraynanın kritik infrastruktur obyektlərinə hücumları davam etdirdiyini və Rusiyanın buna qarşı lazımı tədbirlər gördüyünü bildirib.
Rusiya prezidenti Putinin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Vitkoff ilə görüşü ilə bağlı Peskov, "Görüş sabah günortadan sonra baş tutacaq. Prosesin uğurla başa çatması üçün meqafon diplomatiyasına üstünlük vermirik. Mətbuat vasitəsilə məsləhətləşmələrin aparılmasının tərəfdarı deyilik" deyib.
Mətbuat katibi Peskov ötən il Suriyada devrilən və Rusiyaya sığınan Bəşər Əsədin taleyi ilə bağlı məlumat vermək istəməyib.
Aytən Yaşar/ Turkustan.az