Venesuela prezidenti Nikolas Maduro öz Hərbi Hava Qüvvələrinə ABŞ-ın mümkün hücumuna “hazır olmağı” tapşırıb.
Turkustan.az xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, Maduro paytaxt Karakasda Bolivar Hərbi Aviasiyasının 105-ci ildönümü mərasimlərinə qatılıb və ABŞ-ın ölkəsinə qarşı artan təhdidlərinə reaksiya verib.
Maduro bəyan edib ki, o, Venesuelaya mümkün hücum zamanı Hərbi Hava Qüvvələrinə "ayıq-sayıq olmaq və xidmətə hazır olmaq" barədə göstəriş verib.
Təxminən 17 həftədir müxtəlif təhdidlərə məruz qaldıqlarını vurğulayan Maduro, “(ABŞ) imperialist xarici güclər nə ABŞ ictimai rəyinin, nə dünya ictimai rəyinin, nə də Venezuelanın güclü rəyinin inanmadığı yalan və şişirdilmiş bəhanələrlə Karib dənizi, Cənubi Amerika və Venesuelanın sülhünü davamlı olaraq təhdid edir” dedi.
Aytən Yaşar/ Turkustan.az