Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin Tai Po rayonunda 8 mənzilli kompleksdə baş verən yanğında ölənlərin sayı 94-ə çatıb.
Turkustan.az xəbər verir ki, Honq Konq Yanğınsöndürmə İdarəsinin verdiyi açıqlamada, indiyədək yanğında biri yanğınsöndürən də daxil olmaqla 94 nəfərin öldüyü, 11 yanğınsöndürən də daxil olmaqla 76 nəfərin yaralandığı bildirilib.
Təxminən 4000 nəfərin yaşadığı təxmin edilən kompleksdə yanğınsöndürmə işləri 40 saatdan artıqdır davam edir.
Bildirilib ki, xilasetmə işlərini davam etdirən yanğınsöndürmə qrupları hadisə yerindən aldıqları kömək çağırışlarının 25-nə hələ də çata bilməyib.
Aytən Yaşar/ Turkustan.az