İsrail təhdidlərin qarşısını almaq üçün qətiyyətli hərəkət edəcək, Livanda və digər cəbhələrdə maksimum təzyiq siyasətini davam etdirməkdə qərarlıdır.
Turkustan.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz deyib.
"Baş nazir Binyamin Netanyahu və mən Livanda, digər cəbhələrdə maksimum təzyiq siyasətini davam etdirməkdə qərarlıyıq. İsrailin şimalında yaşayan sakinlərə və İsrail dövlətinə qarşı hər hansı təhdidin qarşısını almaq üçün qətiyyətli hərəkətə davam edəcəyik", - deyə Katz X-də yazıb.
"İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək", - o əlavə edib. /bakivaxti.az/