İtaliya istehsalı dəzgahlarda toxunan yüksək keyfiyyətli corabları ilə tanınan Adonis 2026-cı il üçün inkişaf strategiyasını təqdim edib. Şirkət həm məhsul keyfiyyətini, həm də müştəriyə əlçatanlığı artırmağı əsas hədəf kimi müəyyənləşdirir. Adonis məhsulları hazırda Bravo, Tamstore, Bazarstore və Araz marketlərində satışdadır.
Şirkətin məlumatına görə, çeşid artırılması və istehsal proseslərinin yenilənməsi ilə bağlı işlər 2025-ci ilin sonuna qədər tamamlanacaq. Adonis həmçinin müştəriyə daha çevik xidmət göstərmək üçün daxili strukturunu yeniləməyi planlaşdırır.
2026 strategiyasının əsas prioritetləri fiziki satış nöqtələrinin genişləndirilməsi və e-ticarətin gücləndirilməsidir. Azərbaycanda yeni marketlərlə əməkdaşlıq, xarici bazarlarda isə yeni ölkələrə çıxış və mövcud bazarlarda payın artırılması planlaşdırılır. Rəqəmsal satışın artırılması üçün sürətli istehsal, model müxtəlifliyi və onlayn alıcı davranışlarının analizi ön plandadır.
Şirkət həmçinin sosial şəbəkələr vasitəsilə müştərilərə daha yaxşı təcrübə təqdim etməyi, instegram üzərindən stil və kombin tövsiyələri paylaşmağı nəzərdə tutur. Adonis bildirir ki, texnologiya və e-ticarətə vaxtında yatırım edən şirkətlər növbəti dövrdə üstün mövqedə olacaq.