"Ukrayna Cenevrədə sülh planı üzrə danışıqlara başlayıb" - Yermak


Ukrayna nümayəndə heyəti Vaşinqton administrasiyası tərəfindən təklif olunan sülh planı üzrə Cenevrədə danışıqlara başlayıb.

Turkustan.az xəbər verir ki, bunu nümayəndə heyətinin rəhbəri, Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqram kanalında bildirib.

"Böyük Britaniya, Fransa və Almaniya liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri ilə ilk görüşü keçirdim. Növbəti görüş ABŞ nümayəndə heyəti ilə olacaq. Çox konstruktiv əhval-ruhiyyədəyik", – məlumatda qeyd olunur.

Yermak yazıb ki, bu gün İsveçrədə Rusiya‑Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı müxtəlif formatlarda bir sıra görüşlər keçiriləcək.

"Ukrayna üçün davamlı və ədalətli sülhə nail olmaq naminə birgə işləməyə davam edirik", – deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ nümayəndə heyəti – Prezidentin xüsusi elçisi Stiv Uitkoff və Dövlət katibi Mark Rubio başçılığı ilə – artıq Cenevrədədir. /Report/


MANŞET XƏBƏRLƏRİ