Ərdoğan G20 Liderlər Zirvəsi üçün Cənubi Afrikayaya yollandı


Prezident Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvə Toplantısında iştirak etmək üçün “TUR” təyyarəsi ilə Cənubi Afrika Respublikasına səfər edib.

Turkustan.az xəbər verir ki, dövlət başçısını Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.

Prezident Ərdoğanla birlikdə səfərdə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran, prezidentin xüsusi katibi Həsən Doğan, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşavir Akif Çağatay Kılıç, eləcə də AK Partiya sədrinin müavini və digər partiya rəsmiləri iştirak edirlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ