Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın bölgədəki hərbi fəaliyyətinə cavab olaraq ölkəsinin Karib dənizi sahillərinə baxan bölgəyə “ağır silahlar” və “raketlər” yerləşdirməyi əmr etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Dövlət televiziyası VTV-nin məlumatına görə, Maduro mətbuata verdiyi açıqlamada paytaxt Karakas və Karib dənizi sahilindəki La Quaira əyalətini müdafiə etmək üçün yeni tədbirlər gördüklərini açıqlayıb.
Maduro söz mövzusu bölgələrə ağır silah və raketlərin yerləşdirilməsi əmrini verdiyini vurğulayaraq dedi:
"Budur, bütün Karakas-La Quayra xətti üçün hərtərəfli müdafiə planı. O, küçə-küçə, məhəllə-məhəllə ətraflı şəkildə planlanıb. İstifadə olunan hər silah və silah sistemi, bütün ağır silahlar və raket sistemləri ilə birlikdə işlək olacaq. Bu, bizim Karakas-La Quayra xəttini və Karibbeyə qədər uzanan bölgənin dağlıq hissələrini müdafiə etməyə hazır olduğumuzu təmin edəcək."
Aytən Yaşar/ Turkustan.az