Venesuela: ABŞ ölkəmizi 51-ci ştat etmək istəyir


Venesuelanın vitse-prezidenti Delcy Rodriguez ABŞ-ın ölkəsini "51-ci ştat" etmək niyyətində olduğunu iddia edir.

Turkustan.az paytaxt Karakasda təşkil edilən Milli Tarix Mükafatı mərasimində çıxış edən Rodriguez ABŞ-ın Karib bölgəsindəki hərbi fəaliyyətini dəyərləndirib.

Rodriges Vaşinqtonun hərbi güclənməsini "təhdid" olaraq gördüklərini ifadə edərək, "Biz müstəqil respublika olmağa davam edəcəyik. Biz heç vaxt başqa ölkənin dövləti olmayacağıq. Xalqımız heç vaxt vətəni olmayan bir ovuc satqın və quldurun və ölkəni dövlət edəcəyini vəd edən qadının (müxalifət lideri Maria Korina Maçadonun) əmrlərinə boyun əyməyəcəyik".

Venesuelanın iki aydan artıqdır ki, "psixoloji müharibə" ilə üz-üzə qaldığını müdafiə edən Rodriges, "Xalqımız siyasi hakimiyyətdə olmadığı vaxtlarda belə küçələrdə vuruşdu, heç vaxt təslim olmadı. Ümidindən, gələcəyindən əl çəkmədi. Xalqımız təslim olmamaqda qərarlı və qətiyyətlidir" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ