Prezident Ərdoğan noyabrın 22-23-də keçiriləcək G20 20-ci Liderlər Zirvə toplantısında iştirak etmək üçün Cənubi Afrikaya səfər edəcək.
Turkustan.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 22-23-də Yohannesburqda keçiriləcək 20-ci G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün Cənubi Afrikaya səfər edəcək.
Prezidentin kommunikasiya direktoru Burhanəddin Duran NSosyal hesabında verdiyi açıqlamada səfərlə bağlı aşağıdakı məlumatları paylaşıb:
"Prezidentimiz "Həmrəylik, Bərabərlik, Davamlılıq" əsas mövzusu altında keçiriləcək Sammitdə müxtəlif sessiyalar zamanı çıxış edəcək. Həmçinin Zirvə toplantısı ilə əlaqədar prezidentimizin Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, G20 liderləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri gözlənilir".
Aytən Yaşar/ Turkustan.az