ABŞ-ın Cənub Teatr Komandanlığı (SOUTHCOM) Şərqi Sakit okeanda narkotik daşıdığı iddia edilən qayığa hücum edərək 3 nəfərin öldüyünü açıqlayıb.
Turkustan.az xəbər verir ki, SOUTHCOM ABŞ-da yerləşən X şirkətinin sosial media platformasından Sakit okeanın şərqində narkotik daşıdığı iddia edilən qayığın vurulması anının görüntülərini paylaşıb.
Komandanlığın qərargahında ABŞ müdafiə naziri Pete Hegseth-in göstərişi ilə həyata keçirilən hücumda qayıqda olan 3 nəfərin həlak olduğu və qayığın ABŞ-ın terror təşkilatı olaraq təyin etdiyi qrupa xidmət etdiyi iddia edilib.
Yazıda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən qayığın beynəlxalq sularda vurulduğu da iddia edilib.
Aytən Yaşar/ Turkustan.az