Türkiyədə daha böyük zəlzələlər ola bilər – Xəbərdarlıq


Əgər Gelenbe fay xətti dözümlü ola bilməsə, daha böyük zəlzələlər olacaq.

Turkustan.az xəbər verir ki, bu barədə zəlzələ üzrə mütəxəssis Süleyman Pampal deyib.

Pampal Sındırqı fay xəttində gərginliyin toplanmasının Gelenbe qırığına təsir etdiyini vurğulayıb:

"Sındırqı ətrafındakı aktivliyin davam etdiyi vaxtda, Akhisar və Bigadiç arasında aktiv Gelenbe fay xətti var. Onun əmələ gəlmə mexanizmi Sındırqı fay xəttindən fərqlidir. Şimal-cənub istiqamətindədir və zəlzələlər məhz elə bu sərhəddə baş verir.

İndiyə qədər baş verən zəlzələlər Gelenbe fay xəttini yarmayıb, lakin sərhədə çatıblar. Sındırqıdakı gərginlik Gelenbe fay xəttinə dəyir, amma hələlik onu qıra bilmir. Gelenbe buna nə qədər davam gətirə bilər? Əgər dözə bilməsə, təəssüf ki, 6-6,5 bal gücündə böyük zəlzələlərin baş vermə ehtimalı var”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ