İsrailin Baş naziri Binyamin Netanyahu orduya Livana hücumları gücləndirmək barədə göstəriş verdiyini açıqladı.
Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında yayımlanan videoda Netanyahu atəşkəsə və Hizbullahın pilotsuz təyyarə hücumlarına baxmayaraq Livana qarşı həyata keçirdikləri hücumlardan danışıb.
Netanyahu Hizbullahla müharibədə olduqlarını bildirərək dedi: "(Livanda qaz pedalından ayağımızı çəkmirik. Düzdür, onlar bizi dronlarla hədəf alırlar. Bunun üzərində işləyən xüsusi bir komandamız var və biz bunu həll edəcəyik. Bu, bizdən zərbələri və onların intensivliyini artırmağımızı tələb edir.)"
Bildirilib ki, dünən İsraildə keçirilən təhlükəsizlik kabinetinin iclasında Hizbullahın pilotsuz təyyarə hücumları da müzakirə olunub.
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich, Hizbullahın hər dron hücumuna cavab olaraq Dahiyedə 10 binanın sökülməsinə çağırmışdı. Mətbuatda həmçinin Baş Qərargah rəisi Eyal Zamirin Smotrichin təklifini dəstəklədiyi bildirilirdi.
Aytən Yaşar/ Turkustan.az