İran prezidenti Məsud Pezeşkian internetin beynəlxalq çıxış üçün açılması qərarını təsdiqləyib.
Turkustan.az xəbər verir ki, bu barədə İranın yarı-rəsmi Fars Xəbər Agentliyi məlumat yayıb.
Buna uyğun olaraq, Pezeşkian Birinci vitse-prezident Məhəmməd Rza Arifin sədrliyi ilə keçirilən "Virtual Məkan Tənzimləmə Şurası" tərəfindən qəbul edilmiş və tətbiq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilmiş "beynəlxalq internet bağlantısının təmin edilməsi" qərarını təsdiqləyib.
Aytən Yaşar/ Turkustan.az