NATO Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı (SOFCOM) Yunanıstan Baş Qərargahının sosial mediada paylaşımından sonra Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası (CƏRA) arasında keçiriləcək ORION-25 birgə təlimində iştirak etməyəcəyini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, SOFCOM Yunanıstan Baş Qərargahının CƏRA ilə birgə həyata keçirdiyi təlimlə bağlı paylaşımda onları etiketləməsinə münasibət bildirərək yazılı açıqlama yayıb.
Bəyanatda qeyd olunub:
“SOFCOM ORION-25 təlimində iştirak etməyib. Müttəfiq ölkələr bəzən SOFCOM-un alyans miqyasında fəaliyyətini vurğulamaq məqsədilə sosial mediada qurumumuzu etiketləyə bilər. Bu cür işarələmələr SOFCOM-un həmin fəaliyyətdə iştirak etdiyini göstərmir.”
Açıqlamada əlavə edilib ki, SOFCOM bəzən görünürlüğü artırmaq və NATO-nun çəkindirmə mesajlarını gücləndirmək üçün üzv ölkələrin fəaliyyətlərinə dair paylaşımlar edə bilər:
“Bu konkret halda ORION-25 təliminə istinad edən paylaşım səhvən SOFCOM-un Facebook səhifəsində yerləşdirilib və qısa müddət sonra silinib.”
Aytən Yaşar/ Turkustan.az