Ermənistanda Sərhəd Qoşunlarına yeni komandan təyin olunub.
Turkustan.az xəbər verir ki, Emənistan prezidenti Vaaqn Xaçaturyanın qərarı ilə bu vəzifəyə Qarik Muradyan gətirilib.
Erməni mənbələr bu təyinatın yeni ərazilərin Azərbaycana qaytarılması ilə bağlı olduğu iddialarını irəli sürür.
“Hraparak” nəşri yazır ki, Q.Muardyan Qarabağda döyüşüb, daha sonra Tavuş bölgəsində (Qazax istiqaməti) ərazilərin Azərbaycana qaytarılması prosesində iştirak edib.
“O, torpaq təhvil verənlərdən olmadığını deyirdi, lakin sonda prosesin icrasında yer aldı. Həmin vaxt Muradyan Noyemberyan alayının komandiri idi və qaytarılan ərazilər (Qazaxın 4 kəndi-red) onun nəzarətində idi. O, tabeliyində olan hərbçiləri inandırdı ki, sülh üçün bu addım atılmalıdır. Sərhəd Qoşunlarının komandanı vəzifəsinə də yeni ərazilərin təhvil verilməsi üçün təyin olunub”, - nəşr iddia edir./publika.az
