Pezeşkian: Tehranı boşaltmağa məcbur olacağıq


İran prezidenti Məsud Pezeşkian bildirib ki, paytaxt Tehranda tezliklə yağış yağmasa, gələn aydan etibarən şəhər sudan kəsiləcək, bu kifayət etməsə, Tehran boşalmağa məcbur olacaq.

Turkustan.az xəbər verir ki, “İtimad” qəzetinin məlumatına görə, Pezeşkian ölkənin qərbindəki Sənəndəc şəhərinə səfəri zamanı iştirak etdiyi iclasda cari məsələlərdən danışıb.

Pezeşkian İrandakı quraqlığın səbəb olduğu su böhranına toxunaraq, "İran hazırda kifayət qədər yağış və su ehtiyatlarının olmaması kimi təbii böhranlarla üz-üzədir və bu böhranların ciddi nəticələri ola bilər" dedi.

Pezeşkian qənaətə və su və enerji istehlakının daha yaxşı idarə olunmasına ehtiyac olduğunu vurğulayaraq qeyd edib ki, Tehranın su çatışmazlığı xüsusilə narahatedicidir. "Yağış yağmasa, gələn aydan etibarən Tehranda su məhdudiyyətləri tətbiq etməli olacağıq. Bundan sonra yağış yağmasa, sularımız tükənəcək və Tehranı boşaltmaq məcburiyyətində qalacağıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ