Aİ: Rusiya vətəndaşları üçün viza qaydaları daha da sərtləşdiriləcək


Avropa İttifaqı (Aİ) Komissiyası Rusiya vətəndaşları üçün viza qaydalarını daha da sərtləşdirmək üçün addımları nəzərdən keçirdiklərini açıqladı.

Turkustan.az xəbər verir ki, Aİ Komissiyasının sözçüsü Markus Lammert gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Lammert məsələ ilə bağlı mətbuatda yayılan xəbərləri gördüklərini, lakin “sızdırılan məlumatlara” şərh vermədiklərini ifadə edərək, AB-nin Rusiyanın Ukraynaya təcavüzündən sonra görünməmiş addım atdığına diqqət çəkib.

O, Rusiya ilə daha əvvəl 2022-ci ildə imzalanmış viza sadələşdirilməsi sazişini dayandırdıqlarını xatırladıb və AB Komissiyasının üzv dövlətlərlə birgə fəaliyyətlə alınan qərarların həyata keçirilməsi istiqamətində işlərini davam etdirdiyini vurğulayıb.

Rusiya vətəndaşlarına tətbiq edilən məhdudiyyətlərin nəticə verdiyinə diqqət çəkən Lammert 2019-cu ildə 4 milyon Rusiya vətəndaşının Şengen bölgəsinə daxil olduğu halda, 2023-cü ildə bu rəqəmin 500 minə düşdüyü məlumatını paylaşıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ