Xalq Trampdan razı deyil: O, çox irəli getdi - ABŞ-da SORĞU


Trampın səlahiyyətlərindən sui-istifadə etdiyini düşünənlərin sayı artıb.

Turkustan.az xəbər verir ki, ABŞ-da keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 64 faizi hesab edir ki, prezident Donald Tramp “federal işçi qüvvəsini azaltmaq məqsədilə dövlət qulluqçularını ixtisar etməklə, şəhərlərdə patrul xidməti üçün Milli Qvardiyanı yerləşdirməklə və universitetlərin fəaliyyətinə müdaxilə etməyə cəhd etməklə” öz səlahiyyətlərini həddindən artıq dərəcədə genişləndirib.

Sorğunun nəticələrinə əsasən, iqtisadiyyatdan narazılıq da artaraq 62 faizə çatıb.

Vashington Post, ABC News və Ipsos-un birgə keçirdiyi onlayn sorğuda ABŞ-ın 2725 yetkin vətəndaşı iştirak edib. Respondentlər səkkiz mövzu iqtisadiyyat, immiqrasiya, tariflər, federal hökumətin fəaliyyəti, cinayət, Yaxın Şərq və Ukraynadakı münaqişələr, eləcə də Tramp administrasiyasının bu sahələrdəki siyasəti — üzrə fikirlərini bildiriblər.

Nəticələr göstərib ki, iştirakçıların 64 faizi Trampın prezident səlahiyyətlərindən istifadə edərkən “həddi aşdığını” düşünür və onun federal işçi qüvvəsini ixtisar etmək, Milli Qvardiyanı şəhərlərə yerləşdirmək və universitetlərin fəaliyyətində dəyişikliklər etmək cəhdlərini bu qənaəti gücləndirən əsas addımlar kimi qiymətləndirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ