Polşa hərbi təyyarələri Baltik dənizi üzərində Rusiyaya məxsus kəşfiyyat təyyarəsini qarşılayıb.
Turkustan.az xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının "X" platformasında bu barədə bildirilib. Açıqlamaya görə, Rusiyanın “İl-20” tipli kəşfiyyat təyyarəsi 28 oktyabr tarixində beynəlxalq hava məkanında uçuş planı bildirmədən və transponderi söndürülmüş şəkildə uçub.
Açıqlamada təyyarənin Polşa hava məkanını pozmadığına diqqət çəkilir:
“Polşa Hava Qüvvələrinə məxsus 2 MiG-29 döyüş təyyarəsi Baltik dənizi üzərində uçan Rusiyaya məxsus təyyarəni uğurla qarşılamış, vizual olaraq tanımış və məsuliyyət sahəsindən çıxana qədər ona müşayiət etmişdir” ifadəsi yer alıb.
Açıqlamada yüksək döyüş hazırlığı, pilotların peşəkarlığı və hava müdafiə sisteminin effektiv fəaliyyəti sayəsində əməliyyatın sürətli, təsirli və təhlükəsiz şəkildə həyata keçirildiyi vurğulanıb.
Avropa Birliyi son aylar Polşa, Rumıniya, Estoniya və Litvanın hava məkanlarının Rusiyanın dron və qırıcıları tərəfindən pozulması, Danimarkada isə kritik hərbi obyektlər, mülki hava limanları üzərində tanınmayan dronların görünməsi səbəbilə sərhəd müşahidə - müdafiə sistemlərini gücləndirməyə fokuslanıb.
Bu çərçivədə inkişaf etdirilən yeni dron müdafiə təşəbbüsləri hava məkanının qorunması və kəşfiyyat imkanlarının artırılmasını hədəfləyir. /Cebheinfo.az/