AK Partiya sözçüsü: İsrail soyqırım siyasəti yürüdür


“İsrail Qəzzada soyqırım siyasəti aparır”.

Turkustan.az xəbər verir ki, AK Partiya sözçüsü Ömər Çelik İsrailin Qəzzaya hücumlarını “sülh istəyən hər kəsə qarşı soyqırım hücumu” adlandırıb. O bildirib ki, İsrail həm Qəzza xalqına, həm də beynəlxalq hüquqa qarşı soyqırım siyasəti yürüdür. Çelik beynəlxalq ictimaiyyəti bu “soyqırım şəbəkəsini” dayandırmağa və məsuliyyətə cəlb etməyə çağırıb.

AK Partiya sədr müavini Efkan Ala isə İsrail Baş naziri Binyamin Netanyahunun atəşkəsə baxmayaraq hücum əmri verməsini “mülki əhalinin təhlükəsizliyini və beynəlxalq sülhü pozan siyasət” kimi qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ