“Beynəlxalq ictimaiyyətin Baltikyanı ölkələrlə bağlı həyəcan təbili çalmasının vaxtı çatıb”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu ölkələrdə baş verənlər onların vətəndaşlarının istəyi ilə olmur. Yəni demokratik prinsiplər əsasında deyil, sadəcə olaraq Brüsseldə bürokratlar tərəfindən verilən əmrlərlə formalaşan və Qərb mənbələrindən qidalanan fikirlərdir. Bu, nasizm və faşizmdir və reinkarnasiya imkanı olmayan tarixi hadisələr deyil. Buna görə də həyəcan təbili çalmaq lazımdır”, – o bildirib.
Zaxarova həmçinin qeyd edib ki, Rusiya beynəlxalq platformalarda Baltikyanı ölkələrdə neonasizmə qarşı mübarizə aparır.
Oktyabrın 16-da Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib ki, Latviya Rusiya vətəndaşlarını deportasiya etməklə və müxalif fikirlərinə görə təqib etməklə faşist Almaniyasının yolu ilə gedir.
Bundan əvvəl Zaxarova BMT-ni Baltikyanı ölkələrdə repressiv rejimlərə göz yummaqda ittiham edib. /Globalinfo.az/