Donald Tramp: Sabitləşdirici qüvvə tezliklə Qəzzada hazır olacaq


ABŞ prezidenti Donald Tramp ABŞ-a məxsus “Air Force One” təyyarəsində Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

Turkustan.az xəbər verir ki,Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin Qəzzada nə vaxt hazır olacağı sualına Tramp “Tezliklə” cavabını verib.

Qətər əmirini Air Force One adlı prezident təyyarəsində qonaq edən Tramp, "Əmir dünyanın ən böyük liderlərindən biridir və baş nazir mənim dostumdur. Etdiklərimiz inanılmaz idi; Yaxın Şərqə sülh gətirdik" dedi.

Qəzzada yerləşdiriləcəyi gözlənilən Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin nə vaxt hazır olacağı sualına ABŞ prezidenti, lazım gələrsə, Qətərin sülhməramlılar göndərə biləcəyini ifadə edərkən, "Tezliklə olacaq" dedi.

Tramp Sabitləşdirmə Qüvvələrinin nə vaxt hazır olacağı ilə bağlı dəqiq tarix açıqlamayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ