ABŞ prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakı gərginliyin çox tez həllini təmin edəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) 47-ci zirvə toplantısı çərçivəsində Malayziyanın paytaxtı Kuala Lumpurda olan Tramp iki ölkə arasındakı əlaqələrə dair qiymətləndirmələr edib.
"Mən eşitdim ki, Pakistan və Əfqanıstan (danışıqlar) başlayıb. Amma mən bunun çox tez həll olunacağına əmin olacağam", - deyə Tramp Pakistan liderlərini "gözəl insanlar" adlandırıb.
Aytən Yaşar/ Turkustan.az