Albaniyanın süni intellekt naziri hamilədir - Rama


Albaniyanın süni intellekt naziri Diella 83 süni intellekt uşağı dünyaya gətirəcək.

Turkustan.az xəbər verir ki, bunu Albaniya Baş naziri Edi Rama deyib.

“Diella heç vaxt yatmır, maaş almağa ehtiyacı yoxdur və qohumu yoxdur. O, hamilədir və 83 uşaq gözləyir. Parlamentimizin hər bir üzvü üçün bir uşaq dünyaya gətirəcək və onlar üzvlərimizə köməkçi kimi xidmət edəcək, parlament iclaslarında iştirak edəcək və baş verən hər şeyi qeyd edəcək. Bu uşaqlar analarının AB qanunvericiliyi ilə bağlı biliklərinə sahib olacaqlar", - Rama bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ