İran, Rusiya və Çin: MAQATE-nin İranın nüvə sazişi ilə bağlı səlahiyyəti ləğv edildi


MAQATE-nin 2231 saylı qətnamə üzrə hesabat səlahiyyəti başa çatıb.

Turkustan.az xəbər verir ki, İran, Rusiya və Çin 18 oktyabr tarixindən etibarən BMT Təhlükəsizlik Şurasının İranla 2015-ci il nüvə razılaşmasını dəstəkləyən 2231 saylı qətnaməsinin müddəti başa çatdığı üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə razılaşması ilə bağlı hesabat vermək səlahiyyətini itirdiyini açıqlayıb.

İran, Rusiya və Çinin BMT-nin Vyana ofisindəki daimi nümayəndələri MAQATE-nin baş direktoru Rafael Mariano Qrossiyə birgə məktub göndəriblər.

Məktubda bildirilib ki, nüvə sazişinin Avropa tərəfləri olan İngiltərə, Fransa və Almaniya İrana qarşı sanksiyaları işə salacaq “snapback” mexanizmindən istifadə etmək səlahiyyətinə malik deyillər, çünki bu ölkələr saziş üzrə öhdəliklərini yerinə yetirməyiblər.

Ona görə də məktubda BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq, qətnamənin bütün müddəalarının 2025-ci il oktyabrın 18-də qüvvədən düşdüyü və “Bu xitamla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorunun BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi əsasında yoxlama və monitorinq üzrə hesabat vermə səlahiyyətinin sona çatdığı” vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ