Üçüncü Dünya müharibəsi hələ hibrid formadadır, lakin artıq başlayıb.
Turkustan.az xəbər verir ki, bunu Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin deyib.
“Təhlükəli bir nöqtədə dayanmağımızdan çox vaxt keçib: hətta Kuba raket böhranı, hətta Vyetnam müharibəsi, Əfqanıstandakı müharibə, Sovet İttifaqının dağılması, NATO-nun şərqə genişlənməsi - bütün bunlar, xüsusən də ölkəmiz üçün çətin idi. Amma bu gün Üçüncü Dünya müharibəsinin astanasında olduğumuzdan danışarkən, demək istəyirəm ki, mahiyyət etibarilə hər şey artıq hibrid versiyada başlayıb”, - Stepaşin bildirib. /axar.az/