ABŞ prezidenti Donald Tramp Asiya turu çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla görüşə açıq olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Malayziya, Yaponiya və Cənubi Koreyanı əhatə edən beş günlük Asiya səfəri üçün Ağ Evdən çıxarkən jurnalistlərə açıqlama verən Tramp Şimali Koreya ilə mümkün zirvə görüşünə qapısının açıq olduğunu vurğulayıb.
“Əgər (kim) görüşmək istəsə, mən buna açığam”, - Tramp bildirib.
Şimali Koreyanın çoxlu sayda nüvə silahına malik olduğunu müdafiə edən Tramp, "Onların nə qədər silahı olduğunu bilirəm. Onlar haqqında hər şeyi bilirəm. Kim Çen Inla çox yaxşı münasibətimiz var idi" deyib.
Tramp avqust ayında Ağ Evdə qonaq etdiyi Cənubi Koreya prezidenti Lee Jae Myung ilə görüşündə Kim ilə yenidən görüşmək istədiyini söyləmişdi.
Kim və Tramp 2018 və 2019-cu illərdə üç dəfə görüşüb.
Bu görüşlər Sinqapurda, Vyetnamda və Cənubi və Şimali Koreyanın sərhədində yerləşən Panmunjom kəndində baş tutub.
Aytən Yaşar/ Turkustan.az