Açıq şəkildə hədələdi: “Əgər razılaşma olmazsa, müharibəyə gedəcəyik”


Pakistanın müdafiə naziri Khawaja Mohammad Asif Əfqanıstanla danışıqlarla bağlı mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Asif bildirib ki, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra ötən 5 gün ərzində heç bir insident baş verməyib və hər iki tərəf razılaşmaya əməl edib.

İstanbulda keçirilən ikinci görüşlə bağlı Asif deyib:

“Əgər razılaşma olmazsa, onlarla müharibəyə başlamaq variantımız var. Amma gördüm ki, onlar sülh istəyirlər.”

Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, danışıqların məqsədi oktyabrın 19-da Dohada əldə olunmuş atəşkəsin uzunmüddətli perspektivdə həyata keçirilməsi mexanizmini hazırlamaqdır.

Asif əlavə edib ki, İslamabad Talibanı Pakistan ordusuna qarşı əməliyyatlarda iştirak etməkdə və yaraqlılara sığınacaq verməkdə ittiham edir. Taliban isə bu iddiaları rədd edərək, Pakistanın hərbi əməliyyatlarının Əfqanıstanın suverenliyini pozduğunu bildirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ