Fransada Luvr muzeyindən oğurluğa görə iki nəfər həbs edildi


Parisdə dünyanın ən böyük muzeyi olan Luvrun ötən bazar günü qarət edilməsi ilə bağlı şənbə günü axşam Fransada iki şübhəli həbs edilib.

Turkustan.az xəbər verir ki, bu barədə “Le Figaro” istintaq orqanlarındakı öz mənbələrinə istinadən məlumat yayıb.

Hücum edənlərdən biri Əlcəzairə uçmağa hazırlaşan Ruissy-Charles de Gaulle hava limanında saxlanılıb.

“Bu əməliyyat bir həftə ərzində 100-dən çox müstəntiqin cəlb olunduğu istintaqa cavabdeh olan banditizmlə mübarizə qrupu tərəfindən saat 22 radələrində həyata keçirilib”, - nəşr yazır.

İkinci hücumçu Paris ədliyyə polisi tərəfindən Sena-Saint-Deni departamentində həbs edilib.

Paris prokuroru Laure Becco tərəfindən daha əvvəl bildirildiyi kimi, cinayətkarlar bir neçə dəqiqə ərzində qarət edilən Apollon Qalereyasında 150-dən çox DNT nümunəsi və çoxlu barmaq izləri də daxil olmaqla, çoxlu izlər qoyublar. O, ətraflı təhlillərin vaxt aparacağını, lakin onların nəticələrinə nikbin baxdığını qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ