ABŞ prezidenti Donald Tramp Çin Dövlət Başçısı Xi Jinping ilə müzakirə edəcəyi çox şeyin olduğunu ifadə edib.
Turkustan.az xəbər verir ki, Ağ Ev görüşün oktyabrın 30-da baş tutacağını açıqlamışdı.
ABŞ prezidenti Donald Tramp Malayziya, Yaponiya və Cənubi Koreyanı əhatə edən beş günlük Asiya turnesinə çıxarkən Çin prezidenti Si Cinpinlə görüşünün “yaxşı keçəcəyinə” ümid etdiyini bildirib.
ABŞ prezidenti Tramp Asiya turu üçün Ağ Evdən çıxarkən mətbuatın cari hadisələrlə bağlı suallarını cavablandırıb.
Tramp cümə axşamı Çin prezidenti Xi ilə görüşdə iki ölkə arasında ticarət və gömrük rüsumlarının bütün aspektlərini, eləcə də Tayvanla bağlı məsələləri müzakirə edəcəklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az