Türkiyənin bu addımı İsrailin nəhəng şirkətini müflis edir: Netanyahuya soyuq duş!


Türkiyənin Qəzza hücumlarından qaynaqlanan İsrailə ticarət qadağası Aşdodda yerləşən Shaul Gueta Iron and Steel Company-ni iflas həddinə çatdırıb.

Turkustan.az xəbər verir ki, İsrail firması o vaxtdan fəaliyyətini dayandıraraq 105 milyon şekel (təxminən 32 milyon dollar) borcunu üstələyib.

İsrail mətbuatının məlumatına görə, şirkətin gəlirinin təxminən 70 faizi Türkiyəyə ixracatdan əldə edilib. Türkiyənin qadağasının satışların kəskin azalmasına və şirkətin maliyyə vəziyyətinin pisləşməsinə səbəb olduğu bildirilir.

Beersheba Rayon Məhkəməsi şirkətin banklara və maliyyə qurumlarına olan borclarını ödəyə bilmədiyi üçün fəaliyyətini dayandırıb. Məhkəmə Şaul Queta üçün qəyyum təyin etdi. Qəyyum daha sonra şirkətin ləğv ediləcəyi və ya yenidən strukturlaşdırılacağına qərar verəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ