Suriyanın işğalını davam etdirən İsrail ordusu ölkənin cənub-qərbində yerləşən Quneytra vilayətinin çölündə irəliləyir.
Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, İsrail ordusu Quneytra əyalətinin Əl-Razaniyyə və Seyda Əl-Hanut kəndlərinə daxil olub.
Məlumata görə İsrail ordusu dörd hərbi maşınla Ər-Razaniyyə və Seyda Əl-Hanut kəndləri arasında hərbi keçid məntəqəsi yaradıb.
Bundan əlavə İsrail qüvvələrinin bir hissəsi Quneytranın şimalındakı Hadr və Trence şəhərləri arasındakı yola doğru irəliləyib.
Bir neçə hərbi maşın və üç tankdan ibarət daha bir İsrail hərbi karvanı Əl-Səmadaniyyə və Əl-Şərqiyyə kəndlərinə doğru irəliləyib.
Suriyada işğalını davam etdirən İsrail ordusu Quneytra vilayətinin kənd yerlərində işğalını genişləndirir.
İsrail Baas rejiminin devrilməsindən sonra Suriyanın geniş ərazilərinə hücumlar həyata keçirərkən, eyni zamanda ölkənin cənubundakı Quneytra əyalətində 1974-cü ildə gərginliyin azaldılması xəttinin daxilində və xaricində hərbi bazalar və patrullar qurdu.
Aytən Yaşar/ Turkustan.az