11 iyulda Şimali İraqda silah yandıran PKK bu gün tarixi açıqlama verərək Türkiyədəki fəaliyyətini tamamilə dayandırdığını bildirib.
Turkustan.az təşkilatın bu addımı geniş ictimai maraq doğurub və siyasi dairələrdən də reaksiya alıb.
AK Parti sözçüsü Ömər Çelik məsələ ilə bağlı öz X (Twitter) hesabından açıqlama verərək bu qərarı “Terrordan Azad Türkiyə” yol xəritəsində irəliləyişin konkret nəticəsi kimi qiymətləndirdi. Çelik bildirib ki, silahsızlandırma və fəaliyyəti dayandırma prosesinin fasiləsiz davam etməsi üçün zəruri addımlar atılmalıdır:
“Türkiyə daxilindəki PKK ünsürlərinin, eləcə də İraq və Suriya daxil olmaqla bütün regiondakı silahlı və qeyri-qanuni strukturların darmadağın edilməsi və tərksilah edilməsi ‘Terrorsuz Türkiyə’ prosesinin əsas məqsədini təşkil edir. ‘Terrorsuz Türkiyə’ hədəfinə aparan yol xəritəsinin icrası davam etdiriləcək.”
Çelik əlavə edib ki, keçirilən bu mərhələ sülh və təhlükəsizlik üçün əhəmiyyətlidir və prosesin müsbət nəticə verməsi üçün hüquqi, inzibati və əməliyyat tədbirləri davam etdiriləcək.
Aytən Yaşar/ Turkustan.az