Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava hücumu nəticəsində 3 nəfər ölüb, 6-sı uşaq olmaqla 29 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko Telegram hesabında yazıb ki, ruslar şəhərə hava zərbələri endiriblər.
Kliçko Rusiya ordusunun hücumları nəticəsində Kiyevin müxtəlif rayonlarında çoxmənzilli binaların zərər gördüyünü ifadə edərək, bəzi yerlərdə yanğınların baş verdiyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az